Bakı metrosunda nasazlıq yaranıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından sərnişinlər “28 May” stansiyasında düşürülüblər.
Xətdən çıxarılan qatar yenisi ilə əvəz edilib.