Bakı Metropolitendə vətəndaşın cibindən içərisində 600 manat, bank kartı və sənədlər olan pulqabısı oğurlanıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bədəl Hüseynov tutulub.
Hadisənin təfərrüatları araşdırılır.