Bakı metrosunda sərnişin müdaxiləsi qatarın gecikməyinə səbəb olub. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarına sərnişin müdaxilə edib. Nəticədə "28 May" stansiyasında maşinist vaqondan sərnişinləri düşürüb və stansiyanı boş tərk edib. Bu səbəbdən də 6 dəqiqə yubanma olub.
Əks-istiqamətdən xəttə ehtiyat qatar verilib.