Nərimanov rayonunda binanın həyətində maşın yanıb. Bu haqda 3 oktyabr tarixində Avtosfer.az məlumat verib.
Metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında yerləşən binaların birinin həyətində Çin istehsalı olan "Geely" markalı, 99-RY-271 dövlət nömrə nişanlı avtomobil alışaraq yanıb. Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar. FHN əməkdaşlarının müdaxiləsi ilə avtomobil söndürülüb.