Bakı metrosunda sərnişinin halı pisləşib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Nizami” metro stansiyasından “28 May” stansiyası istiqamətində hərəkətdə olan zaman vaqondakı sərnişinin halı pisləşib. Maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinəyə dönərək hərəkəti bərpa edib.
Nəticədə 10 dəqiqə yubanma yaranıb. Gənc xanıma isə “Nizami” stansiyasında ilkin yardım göstərilib.