Bakı Metropolitenində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov metro stansiyalarının birində yerləşən piştaxtadan 62 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.