Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Noyabrın 8-də H.Seyidzadə küçəsində Bakı şəhər sakini R.Qasımova məxsus mopedi oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri F.Abbaslı və əvvəllər məhkum olunmuş Ş.Musayev saxlanılıblar.
Araşdırma aparılır.