Paytaxtın Suraxanı rayonunda, Aeroport şosesinin Əmircan qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün 24 oktyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Avtomobil yolu keçən 36 yaşlı Zaur Xalıqovu vurub. Piyada xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyəsi şöbəsinin həkimidir.
Faktla bağlı araşdırmalar davam edir.