MMA döyüşçüləri Bakıda tutulublar. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri polis əməkdaşları tərəfindən bulvar ərazisində saxlanılıblar. Onlar ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Hadisə ilə bağlı federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov barəsində araşdırma aparılır.