Bakının Binəqədi rayonunda motosiklet qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi qəsəbəsində avqustun 1-də Bakı şəhər sakini İ.Xəlilinin “Tufan M50” markalı motosikletinin qaçırılması haqda Binəqədi RPİ 6-ci Polis Bölməsinə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.