Bakıda nənəsini öldürən şəxs barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qərara əsasən, 23 yaşlı Murad İmanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar 2020-ci ilin aprel ayında 69 yaşlı nənəsi Natalya Popovanın boğazını kəsərək öldürmüşdür.