Paytaxtın Nərimanov rayonu, Mirzə Uluqbəy küçəsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az xəbər verir.
“Range Rover” markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edən “Renault” markalı avtomobil ilə toqquşub. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Xəsarət alan olmayıb.
[caption id="attachment_32498" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]