Paytaxtın Nərimanov rayonunda, Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsində yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
16 yaşlı Ümid Əhmədov yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.