Bakıda tələbələr kolbasadan zəhərləniblər. Bu haqda 24 iyun tarixində Qafqazinfo məlumat verib.
Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
23 iyun günorta saatlarında 17 yaşlı 2 tələbə - İslam Balayev və Bahadur İmanov qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər. Məlum olub ki, tələbələr kolbasadan zəhərləniblər.
Faktla bağlı araşdırma davam edir.