Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 13 oktyabr tarixində Report məlumat verib.
Heydər Əliyev prospektində P.Mahmudovun idarə etdiyi "Kia Sorento" markalı minik avtomobili Niyaz Abdıyevı vurub. Qəza nəticəsində Abdıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.