Bakıda federasiya əməkdaşını döyərək öldürənlərin məhkəməsi başlayır. Bu haqda 25 yanvar tarixində Report məlumat verib.
İyunun 24-də Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yol hərəkəti zəminində mübahisə baş verib. Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədovun avtomobilinin qarşısını 3 naməlum şəxs kəsib və zor tətbiq etməklə onu avtomobildən enməyə məcbur ediblər. Daha sonra ona və onun sərnişininə hücum edilərək ağır zərbələr endirilib. Zərbələr nəticəsində Səxavət Məmmədov hadisə yerində ölüb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yaşlı Kamran Məmmədov, 23 yaşlı Mais Abıyev və 33 yaşlı Nurlan Canıyev saxlanılıblar. Onların cinayət işi üzrə ibtidai istintaq başa çatıb və materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.