Paytaxtın Nərimanov rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Saxlanılan Bakı şəhər sakini Qüdrət Mövsümovun üzərində 43 qramdan artıq heroin, 361 qramdan artıq marixuana və 19 ədəd metadon həbi aşkarlanıb.
Onun barəsində araşdırmalar davam edir.