Paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 19 ünvanında qanunsuz tikili aşkarlanıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunan ünvanda yerləşən “Xəlili Plaza”nın üstündə müvafiq sənədlər olmadan tikinti aparılırdı.
Qanunsuz tikilinin inşası dayandırılıb. Ərazi nəzarətə götürülüb.
Bundan əvvəl, 19 oktyabr tarixində paytaxtın Suraxanı rayonunda bəlli olmayan müəssisənin qanunsuz tikintisi aşkar edilmişdir.
[URIS id=11681]