Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs tutulub. Bu haqda 4 fevral tarixində Report məlumat verib.
Özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi kimi təqdim edən Bayram Hacıyev səhiyyə müəssisəsinin direktoru barəsində açdığı "Sizintv.az" və "Vətəndaş Bayram Hacıyev" adlı səhifələrdə həqiqətə uyğun olmayan, nüfuzdan salan video materiallar paylaşıb. Daha sonra silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi əvəzində həmin şəxsdən pul tələb edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bayram Hacıyev Nərimanov rayonunda saxlanılıb. Cinayət Məcəlləsinin "Təkrar hədə-qorxu ilə tələb etmə" maddəsi ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.