Paytaxtın Nərimanov rayonu, F.X.Xoyski küçəsindən avtomobil qaçıran şəxs tutulub. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov oğurladığı “Hyundai” markalı avtomobillə paytaxt ərazisində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.