Paytaxtın Nəsimi rayonu, Mirmahmud Kazımov və Cavadxan küçələrinin kəsişməsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Kia” markalı nəqliyyat vasitəsi əsas yolda hərəkətdə olan zaman “Azsamand” markalı avtomobil köməkçi yoldan onun qarşısına çıxıb. Nəticədə sonuncunun 2 sərnişini ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.
[caption id="attachment_76247" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]