Bakının Nəsimi rayonu, Moskva prospektində yerləşən kafelərin birindən oğurluq edilib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsinə noyabrın 15-də verilən məlumata əsasən, kafedən qapını sındırmaq yolu ilə 280 manat pul, 1500 manat dəyərində mobil telefon, səsgücləndirici, mikrofon və tütün məmulatı oğurlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Hümmətov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.