Bakıda intihara cəhd faktı qeydə alınıb. Bu haqda 29 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Həmin şəxslə psixoloji söhbətlər aparılıb və o, intihar etməkdən vaz keçib.