Paytaxtın Nəsimi rayonunda bir nəfərin başından vuraraq pulunu oğurlayıblar. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağstafa rayon sakini Hüseynəli Abdullayev və Saatlı rayon sakini Valeh Mürşüdov gecə saatlarında Şamaxı rayon sakini M.İsgəndərovun baş nahiyəsinə xəsarət yetirərək onun cibindən 200 AZN oğurlayıb hadisə yerindən qaçıblar.
Şübhəli şəxslər saxlanılıblar. Onlar barəsində cinayət işi başlanılıb.