Bakıda oğurluq edən şəxsi polis yaxalayıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Nəsimi rayonu ərazisindəki mağazalardan 27 ədəd mobil telefon və digər qiymətli telefon aksesuarları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Rəşid Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.