Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində polis əməkdaşını avtomobil vurub. Bu haqda bu gün, 12 noyabr tarixində Oxu.az məlumat yayıb.
Sürücüyə hüquq-mühafizə orqanlarının əməkdaşı tərəfindən “saxla” əmri verilsə də, o əmrə tabe olmayıb və polisi vuraraq hadisə yerindən uzaqlaşıb.
Xəsarət alana tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
13.11.2021 - 11:00 - yenilənib
Yol polisi inspektorunu vuran sürücünün kimliyi məlum olub. Əməli törədən şəxs 31 yaşlı Mingəçevir şəhər sakini Şirxan Məmmədovdur.
Həmin şəxs müəyyən edilərək saxlanılıb. Hadisə zamanı sürücü psixotrop maddələrin təsiri altında olduğü bildirir.
13.11.2021 - 17:32 - yenilənib
Nəsimi rayon məhkəməsinin qərarına əsasən, Şirxan Məmmədov 2 ay inzibati həbs və 1 il sürücülük hüququndan məhrum edilib.