Paytaxtın Nəsimi rayonunda skuterin iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
54 yaşlı Dmitri Babayev skuterlə hərəkət edən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə skuterin sürücüsü çiyin nahiyəsini sındırıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.