Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində “LEVC TX-5” markalı avtomobilin litium batareyası yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.