Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 12 noyabr tarixində Milli.az məlumat yayıb.
Azadlıq prospektində 28 mall istiqamətinə gedən motosikleti ikinci dərəcəli yoldan çıxan minik avtomobili vurub.
Nəticədə motosikletçi müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım cəlb olunub.
Bundan əvvəl, 10 noyabr tarixində Sabunçu rayonunda ölümlə nəticələnən avtoqəza baş vermişdir.