Bakıda bank kartından oğurluq edən şəxs tutulub. Bu haqda 20 noyabr tarixində Oxu.az xəbər verib.
Nəsimi rayonu ərazisində noyabrın 15-də Bakı şəhər sakini Ə.Cəbrayılovun “Chevrolet” markalı avtomobilindən bank kartı oğurlanıb və hesabından 126 manat pul çəkilib. Polisin axtarış-əməliyyat tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.