Paytaxtın Nəsimi rayonu, A.Məhərrəmov küç. 64 və 4/66 ünvanlarında abadlıq işləri aparılır. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Layihə çərçivəsində binanın fasadının və dam örtüyünün əsaslı təmiri, yağış sularını axıdan boruların dəyişdirilməsi, blokların qapı və pəncərələrinin yenisi ilə əvəz olunması, yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar və idman meydançasının quraşdırılması nəzərdə tutulub.
Rayonun digər küçələrində də abadlıq işləri davam edir.
[caption id="attachment_45551" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]