Paytaxtın Nəsimi rayonunda kirayədə yaşayan şəxsə bıçaqla hədə-qorxu gəlib pulunu oğurlayıblar. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə evə daxil olaraq orada yaşayan şəxsi bıçaqla hədələyiblər və 4500 AZN pulunu götürüblər. Onlar şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı araşdırmalar davam edir.