Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 3-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzildə yataq dəsti yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.