Paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində avtoqəza baş verib. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Toyota Prius” ilə “Opel” markalı minik avtomobilləri toqquşub. Nəticədə sonuncu yolun kənarındakı dirəyə çırpılıb.
Xəsarət alanlar barəsində məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.
[caption id="attachment_46345" align="alignnone" width="800"]
Foto Oxu.az[/caption]