Bakının Nəsimi rayonu, Vaqif prospektində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az məlumat verib.
Taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” və “Opel Astra” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın səbəbi məlum deyil.
[caption id="attachment_70218" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]