Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Fövqəladə hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli kafedə qeydə alınıb. Ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət tikili tamamilə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.