Ötən gecə Bakıda yaşayış binasında yanğın olub. Bu haqda 23 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 kv.m olan mənzildə yanğın baş verib. Mənzilin 1 otağında 12 kv.m sahədə əşyalar və qismən alçıpandan ibarət tavan yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.