Paytaxtın Nəsimi rayonunda mənzildən bir nəfərin meyiti tapılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Bir nəfərin bağlı qapı arxasında qalması barədə FHN-nin telefon xəttinə məlumat daxil olub. Mənzilin qapısını açandan sonra, orada 32 yaşlı Məsumə Hüseynovanın cəsədi aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.