Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında meyit aşkar olunub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in qaynar xəttinə daxil olan çağırış üzrə cəlb olunan xilasetmə qüvvələri mənzilə daxil olarkən 1 nəfərin meyitini tapıblar. Cəsəd morqa təhvil verilib.