Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtoqəza baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində APA məlumat yayıb.
Minik avtomobili hərəkətdə olan zaman 23 yaşlı Fərid Qurbanovun idarə etdiyi motosikletə çırpılıb.
Motosikletçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.