Bakının Nəsimi rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində Report məlumat verib.
Qəza Azadlıq prospektində qeydə alınıb. 53 yaşlı Yasin Qafarov yolu keçərkən onu motosiklet vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası kişini xəstəxanaya çatdırıb. Ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.