Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində elektronika mağazasında yanğının qarşısı polislər tərəfindən alınıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mühafizə polisinin idarəsinə daxil olmuş “həyəcan” siqnalı əsasında mağazaya əməkdaşlar yollanıblar. İçəridə alışmanın olduğunu görən polislər dərhal müdaxilə ediblər və yanğınsöndürmə vasitələri ilə alovun qarşısını alıblar.
[URIS id=73310]