Nəsimi rayonunda qadının çantasını oğurlamağa çalışan şəxs yaxalanıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Oktyabrın 21-də saat 07:00 radələrində İ.Həmidov küçəsində paytaxt sakini olan bir qadının çantasını quldurluq yolu ilə talamağa cəhd göstərən Neftçala rayon sakini Röyal Məlikov saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.