Bakının Nəsimi rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Yəhyabala Xalıqov saxlanılıb. Baxış zamanı ondan külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evdən əlavə heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.
Hazırda araşdırmalar davam edir.