Paytaxtın Nəsimi rayonunda 17 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Dinara Hacıyeva 29 avqust tarixində evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Bununla bağlı yeniyetmənin anası Arzu Əliyeva polisə müraciət edib.
Qızı görən şəxslərdən DİN-in “102” zəng mərkəzinə və ya Nəsimi rayon Polis İdarəsi ilə 012 441-23-80 şəhər və 055 805-93-93 mobil nömrələri ilə əlaqə saxlamaqları xahiş olunur.