Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi adıçəkilən küçədən Həsən Əliyev küçəsinə dönən zaman qarşıdan gələn “Hyundai” markalı avtomobili gözləməyib. Nəticədə nəqliyyat vasitələri toqquşublar.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar davam edir.