Bakı şəhərinin Nəsimi və Binəqədi rayonlarında ağaclar qanunsuz olaraq kəsilib. Bu haqda bu gün, 17 aprel tarixində Report məlumat verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri araşdırmalar zamanı ağacların Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə “Şərq İnşaat” MMC tərəfindən, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi, 24 ünvanında Biləcəri bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı aktlar tərtib edilib. Toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.