Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Cavadxan küçəsində baş verib. 18 yaşlı Oruc Ağayev dava zamanı kürəyindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.