Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yüksək sürətlə hərəkət edən “Volkswagen” avtomobilinin sürücüsü idarəetməni itirib və əvvəl bordürə, daha sonra isə işıq dirəyinə çarpılaraq aşıb. Nəticədə sərnişin xəsarət alıb.
Qəza nəticəsində yol infrastrukturuna və avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub. Hadisə araşdırılır.