Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma rayon ərazisində dayanan “Nissan” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Maşının digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.